İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi | Banco.az
Kapital Bank

İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Kapital Bank namizədləri İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir­

Öhdəliklər

  • Bankın İT infrastrukturunun informasiya təhlükəsizliyinin nəzarətdə saxlanması və monitorinqi;
  • İnformasiyaların kompleks mühafizəsinin təmin edilməsi;
  • İnformasiya təhlükəsizliyi üzrə texniki sənədlərin tərtibi, təlimat və prosedurların hazırlanması.

Tələblər

  • İnformasiya təhlükəsizliyinin əsaslarına, şəbəkə mühafizəsinə dair biliklər;
  • İnformasiya təhlükəsizliyi sahəsindəki qüsurlar ucbatından ortaya çıxan müasir təhdidlər və zəif nöqtələr barədə baza bilikləri; 
  • Korporativ şəbəkələrin qurulması, şəbəkə protokolları, marşrutlaşdırmanın əsas prinsipləri üzrə biliklər
  • Əməliyyat sistemlərinə dair biliklər;
  • Böyük infrastrukturlar üzrə inzibatçılıq təcrübəsi;
  • Microsoft Active Directory, ISA/TMG, Exchange 2010/2013 proqramlarının qurulması təcrübəsi.

Yaratdığımız imkanlar

  • Peşəkar və dinamik komandada maraqlı iş;
  • Peşəkar inkişaf;
  • Layiqli əmək haqqı səviyyəsi;
  • Mehriban kollektiv.

Vakansiyaya müraciət etmək üçün bura daxil olun - http://www.kapitalbank.az/az/karyera/

Ən sərfəli krediti almaq üçün müraciət et