İnformasiya təhlükəsizliyi şöbəsinə Baş Mütəxəssis | Banco.az
ABB

İnformasiya təhlükəsizliyi şöbəsinə Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

“ABB” ASC Təhlükəsizlik departamentinin İnformasiya təhlükəsizliyi şöbəsinə baş mütəxəssis (IT Security Coordinator) vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 ABB-da mövcud olan Avtomatlaşdırılmış Bank Sisteminin və Hesabat Sisteminin təhlükəsizliyin təmin olunması;
 ABB-da mövcud olan ödəmə və köçürmə sistemlərinin təhlükəsizliyin təşkil edilməsi, müvafiq təhlil işinin aparılması;
 Bank sistemlərində müvafiq profaylların yaradılması və ləğv edilməsini təmin etmək, yaradılmış profaylların buraxılış dərəcələrini müəyyən etmək, onların istifadəsinə nəzarət etmək və müvafiq analitik işlərini aparmaq, lazımı sənədləri tərtib etmək.

Davranış səriştələri:

 Komandada işləmək bacarığı; 
 Analitik zəka, problemləri həll etmə bacarığı;
 Vaxtı idarə etmək qabiliyyəti.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Bank sistemləri və maliyyə  üzrə stajı olan namizədlərə üstünlük verilir; 
 Bank əməliyyat sistemləri üzrə təcrübə mütləqdir;
 Flex Avtomatlaşdırılmış Bank Sistemi ilə təcrübəsi olan namizədlərə üstünlük verilir;
 Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dilini bilmək arzuolunandır); 
 Ünsiyyətçilik, vicdanlılıq, təşəbbüskarlıq.

Bu iş sizə nələri qazandıracaq:

 Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 oktyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “IT Security Coordinator” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et