İfrastruktur və Satınalmalar Departamentinə xadimə | Banco.az
Rabitəbank

İfrastruktur və Satınalmalar Departamentinə xadimə

Vakansiya haqqında məlumat: 

 

“Rabitəbank” ASC İfrastruktur və Satınalmalar Departamentinə xadimə vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Əsas vəzifələr:

  • Bankın binasının, qurğularının, otaqda yerləşən bütün mebel və avadanlıqların sanitar qaydalara uyğun, səliqəli və təmiz saxlanılmasını təmin etmək;
  • İş yerində olan nasazlıqlar və catışmamazlıqlar haqda dərhal birbaşa rəhbərinə məlumat vermək;
  • Təmizlik və səliqə yaradılmasında nəzərdə tutulan avadanlıq və materiallardan səmərəli və qənaətli istifadə etmək;
  • Birbaşa rəhbəri tərəfindən ona həvalə edilmiş digər tapşırıqları həyata keçirmək;
  • Bankdaxili nizam, intizam və etik davranış qaydalarını bilmək və onlara riayət etmək.

 Namizədə olan tələblər:

  • Təmizkarlıq və səliqəlilik;
  • İşinə məsuliyyətlə yanaşmaq;
  • Kollektivdə işləməyi bacarmaq.

İş rejimi:

Həftə içi 5 iş günü, saat 06:30-dan saat 13:00 dək.

İş yeri:

Nəsimi rayonu , 28 May küçəsi 33

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərəbilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İfrastruktur və Satınalmalar Departamenti - Xadimə göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et