İdarə Heyətinin sədr müavini | Banco.az

İdarə Heyətinin sədr müavini

Vakansiya haqqında məlumat: 

“Brand Credit BOKT" MMC İdarə Heyətinin sədr müavini vəzifəsinə işçi axtarır.

Tələblər:

  • Ali təhsil;
  • Uyğun vəzifədə ən azı 2 il iş təcrübəsinə malik olmaq;
  • Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmaq;
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
  • Sənədlərlə işin təşkilini, sənədlərin tərtib edilməsi qaydalarını bilmək;
  • Səmimi və mehriban xasiyyətə malik olmaq;
  • Azərbaycan və Rus dilini mükəmməl bilmək:
  • Ümumi PC, ofis proqramlarından istifadə qaydalarını bilmək;


Öhdəliklər:

  • BOKT-un Strateji Baxışı, Missiya Hesabatı, Strateji Planı və digər planların hazırlanmasında və icrasında iştirak etmək;
  • Nəzarət etdiyi sahələr üzrə BOKT-un idarə olunmasını və fəaliyyətini, o cümlədən müvafiq planların həyata keçirilməsini təmin etmək;
  • Ona verilmiş səlahiyyətlər daxilində BOKT-un qarşılaşdığı və proqnozlaşdırıldığı risklərin idarə edilməsi üçün lazımi qayda və prosedurların işlənməsini və tətbiqini təmin etmək;
  • Müvafiq daxili komitələrə və komissiyalara rəhbərlik etməklə onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsini təmin etmək və ya həmin komitə və komissiyaların tərkibində müvafiq vəzifələrin icrasında iştirak etmək;
  • Kurasiya etdiyi struktur bölmələrin kadrlarla təmin edilməsini, bu bölmələrin fəaliyyətinin səmərəli təşkil olunmasını, taktiki planlarının hazırlanmasını və yerinə yetirilməsini təşkil və təmin etmək;
  • Təşkilatda qəbul olunan mükafatlandırma sisteminə uyğun kurasiyasında olan struktur bölmələrin rəhbər işçilərinin fəaliyyətini qiymətləndirmək, sıravi işçilərin isə fəaliyyətinin qiymətləndirilməsini təsdiq etmək;
  • İdarə Heyəti rəhbərlərinin imza səlahiyyətləri bölgüsünə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirmək.
  • Müşahidə Şurasının qərarına əsasən müəyyən edilmiş sahələrə rəhbərlik etmək və məsuliyyət daşımaq, habelə rəhbərlik etdiyi sahələr üzrə müvafiq müqavilələr imzalamaq.

Əlaqə

• Yuxarıdakı tələblərə uyğun namizədlər  öz şəkilli CV-lərini  [email protected] ünvanına göndərə bilərlər.

Şirkət: 
“Brand Credit BOKT" MMC

Ən sərfəli krediti almaq üçün müraciət et