İdarə Heyəti Sədr koməkçisi (PA) | Banco.az

İdarə Heyəti Sədr koməkçisi (PA)

Vakansiya haqqında məlumat: 

- Qadınlar tələb olunur
- Ali təhsili;
- Bu sahədə an azı 3 (üç) il təcrübə;
- Fərdi və komanda şəklində işləmək;
- Kompüterdən istifadə etməyi bacarmaq (MS Windows, Word və Excel).
- Azərbaycan və İnglis dili mükəmməl bilmək
 
Əsas funksiya və öhdəlikləri:
 
- Keçiriləcək iclasların cədvəllərini hazırlamaq;
- İdarə Heyəti sədrinə  ünvanlanmış zəng və məktubları qəbul etmək;
- İdarə Heyəti sədrinin görüşləri ilə bağlı cədvəl hazırlamaq və İdarə Heyəti sədrini mütəmadi olaraq cədvəllə tanış eləmək;        
- İdarə Heyəti sədrinin gündəlik, həftəlik və aylıq iş planını hazırlamaq; 
- Təşkilata xarici qonaqlar gələn zaman və digər hallarda lazım olduqda tərcümə işi görmək;
- Təşkilat adından azərbaycan və ingilis dillərində rəsmi məktublar hazırlamaq.
- Müvafiq sənədləri, məktubları, müqavilələri ingilis dilindən azərbaycan dilinə və əksinə tərcümə etmək;
- İdarə Heyəti sədri ilə birlikdə biznes ezamiyyələrində iştirak etmək;
- Mövcud qanunvericilik, Təşkilatın nizamnaməsi və daxili qaydalarına uyğun .olaraq, Təşkilatın idarəedici orqanlarının iclaslarının təşkil etmək, iclas protokollarını tərtib etmək və qoruyub saxlamaq
- Təşkilatın rəhbər orqanları və digər bölmələri arasında informasiya mübadiləsinin səmərəli təşkilinə yardım etmək
- Səlahiyyətli şəxslərin Təşkilata məxsus sənədləri əldə etməsi üçün mühüm şərait yaratmaq, sənədlərin nüsxəsini öz imzası ilə təsdiq edib aidiyyatı şəxslərə təqdim etmək
- Öz vəzifə öhdəliklərini yerinə yetirmək üçün digər səlahiyyətli şəxslərdən lazımi sənəd və məlumatları tələb etmək
- Təşkilatın korporativ idarəetmə prinsiplərinin hazırlanmasında yaxından iştirak etmək, bununla bağlı digər aidiyyatı orqanlarla informasiya mübadiləsi etmək, təsdiq olunmuş qaydalara əməl olunmasına səmərəli şəkildə nəzarət etmək məqsədilə öz səlahiyyətləri daxilində tədbirlər həyata keçirmək 

Əmək haqqı 600 – 700 azn + bonus

CV-nizi mövzu hissəsində vəzifənin adını qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et