İctimaiyyətlə əlaqələr üzrə menecer | Banco.az

İctimaiyyətlə əlaqələr üzrə menecer

Vakansiya haqqında məlumat: 

Əsas funksiyalar:

– Büronun ictimaiyyətlə əlaqələr və reklam strategiyasının hazırlanması və həyata keçirilməsi;
– İctimaiyyətlə əlaqə kanallarının düzgün seçilməsi;
– İctimaiyyətlə əlaqələr və reklam işlərinin aparılmasına birbaşa nəzarət;
– Büronun rəsmi internet səhifəsi üçün məlumatların hazırlanması, internet səhifəsindəki məlumatların yenilənməsi; 
– KİV üçün xəbər və məlumatların, rəsmi çıxışların hazırlanması; 
– Büronun fəaliyyəti ilə bağlı müstəqil şəkildə təqdimat, press-relizlər, hesabatlar hazırlanması;
– Rəhbərliyin mətbuatda dərc olunan və Büronun fəaliyyətinə aid olan məlumatlarla təmin edilməsi (media monitorinq);
– Press konfrans və digər bu kimi ictimai tədbirlərin keçirilməsinin təşkili; 
–  Reklam xarakterli mətnlərin hazırlanması
– İctimaiyyətlə əlaqələr və reklam büdcəsinin idarə edilməsində iştirak və s.

Namizədə dair tələblər:

– Ali təhsil
– Azərbaycan, rus və ingilis dillərində əla səviyyədə (yazılı və şifahi) bilmə;
– İctimaiyyətlə  əlaqələr sahəsində 2 -3  il iş təcrübəsi;
– Professional etik davranışları əsas tutmaq;
– MS Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı;
– Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması bacarığı;
– Əla ünsiyyət qurma və komandada işləmək bacarığı;
–  Stress altında işləmək qabiliyyəti 
– Kreativ düşünmə qabiliyyəti, yeni ideyalara malik olması və s.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 25.03.2015 - ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.

Şirkət: 
İcbari Sığorta Bürosu

Ən sərfəli krediti almaq üçün müraciət et