İctimai əlaqələr üzrə mütəxəssis | Banco.az

İctimai əlaqələr üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

Azərbaycan Sənaye Sığorta ASC

Vakansiyanın adı: İctimai əlaqələr üzrə mütəxəssis

Namizədə aid tələblər:

• Ali təhsil; 
• İş təcrübəsi 1 il; 
• Microsoft Office; 
• Türk və Rus dillərini yaxşı bilməli, İngilis dili bilməsi üstünlükdür; 
• Məqsədyönlü yeni ideyalara malik olmaq; 
• İşə yaradıcı yanaşma; 
• Ünsiyyətçil; 
• Kollektivdə işləmək qabiliyyəti olmalı.

İş haqqında məlumat:

• Şirkətin qlobal strategiya uyğun olaraq məhsul xəttinin inkişafına dair təkliflər;
• Promosyonlar təşkili və keçirilməsi;
• Yerli sığorta bazarının öyrənilməsi; 
• Bütün növ reklam məhsullarının sifarişi, reklam kampaniyalarının təşkili və aparılması; 
• Ümumi sığorta sahəsi üzrə yeni sığorta xidmətlərinin və məhsulların tətbiqi;
• irkətin rəsmi saytı və sosial şəbəkələr üçün xəbərlərin hazırlanması; 
• Müstəqil şəkildə təqdimat, satışa meylli mətnlər, press-reliz, hesabat hazırlamaq və həyata keçirmək;
• Reklam və informasiya materiallarının yayılması üçün ən əlverişli kütləvi informasiya vasitələrinin seçilməsi və onlarla əlaqələrin qurulması;
• Nəşriyyat materiallarının (emblem və loqoların, vizit kartlarının, firma blanklarının, dəvətnamələrin və s.) hazırlanması;
• Şirkətin və nümayəndəliklərin ofislərinin reklam, dizayn və interyer uyğunluğuna nəzarət və s.
• İş yeri: Azərbaycan Sənaye Sığorta ASC;
• İş vaxtı: Həftədə 5 gün, 09:00-18:00, 13:00-14:00 nahar vaxtı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 08.07.2018-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“İctimai Əlaqələr”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Şirkət: 
Azərbaycan Sənaye Sığorta ASC

Ən sərfəli krediti almaq üçün müraciət et