Hüquqşünas | Banco.az

Hüquqşünas

Vakansiya haqqında məlumat: 

 «Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.comsaytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Hüquqşünas

Namizədə tələblər

• Bəy namizədlər
• Yaş: 24-35
• Təhsil: Ali hüquq təhsili mütləqdir.
• İş təcrübəsi: minimum 1 il. 
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır)

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Əsas vəzifə öhdəlikləri

• Məhkəmə prosesində şirkəti nümayəndə olaraq təmsil etmək
• Ödəniş etməyən cavabdehlərin işlərini məhkəməyə təqdim etmək üçün iddia ərizələri hazırlamaq və məhkəməyə təqdim etmək
• Müəyyən olunmuş zərər vuran şəxsləri şirkətə dəvət etmək
• Zərər vuran şəxslərlə danışıqlar aparmaq
• Zərər vuran şəxslərlə müvafiq müqavilələr bağlamaq
• Digər sığorta şirkətlərinin subroqasiya tələblərini təhlil edib ödənişin aparılıb və ya aparılmaması barəsində yazılı təkliflər hazırlamaq
• Şöbənin fəaliyyəti barəsində tələb olunan zaman hesabatlar hazırlamaq
• Şöbənin hesabatlarının hazırlanmasında birbaşa rəhbərə köməklik göstərmək

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı : həftə içi 5 gün / 09:00-dan 18:00 dək.
• Əmək haqqı müsahibə əsasında bildiriləcək.

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Hüquqşünas ” qeyd etmələri xahiş olunur.

Şirkət: 
Atəşgah Sığorta

Ən sərfəli krediti almaq üçün müraciət et