Hüquqşünas | Banco.az
Kapital Bank

Hüquqşünas

Vakansiya haqqında məlumat: 

Korporativ Hüquq şöbəsinin Hüquqşünası

Ümumi məlumat

Kapital Bank namizədləri Hüquq Departamentinin Korporativ Hüquq şöbəsinin Hüquqşünası vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

  • Bankdaxili korporativ idarəetmə məsələlərində zəruri hüquqi dəstəyin göstərilməsi;
  • Müqavilə, məktub və digər sənədlərin hazırlanması;
  • Müxtəlif bank məhsullarına dair hüquqi dəstəyin göstərilməsi, yerli və xarici qanunvericiliyin araşdırılması;
  • Hüquqi rəylərin verilməsi;
  • Hüquqi sorğuların cavablarının hazırlanmasında iştirak;
  • Bankın bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılması prosesində iştirak;
  • Bankın fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasının həyata keçirilməsi;

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Tələblər

  • Ali hüquqi təhsil;
  • Bank təcrübəsi üstünlük təşkil edir;
  • Əla səviyyədə Azərbaycan və İngilis dili biliyi;
  • Mülki, əmək, vergi, bank qanunvericiliyi üzrə biliklər;
  • Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
  • Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti;
  • Vaxtın düzgün idarəedilməsi qabiliyyəti;
  • Komanda tərkibində işləmək bacarığı;

 

CV-lərinizi, mövzu hissəsində “Korporativ Hüquq şöbəsinin Hüquqşünası” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.

Ən sərfəli krediti almaq üçün müraciət et