Hüquqşünas | Banco.az
Bank BTB

Hüquqşünas

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Baş hüquqşünas vəzifəsinə işə qəbul elan edir.

Baş hüquqşünas

İş barədə məlumat:

  • Bank tərəfindən müqavilələrin hazırlanmasında iştirak edir;
  • Bankın adından bağlanılan bütün növ əqdlərin standart formalarını hazırlayır, onlara əlavə və dəyişiklikləri edir;
  • Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırır;
  • Bank tərəfindən bağlanılarn müqavilələrə rəy verir;
  • Bankın fəaliyyətində yol verilən qanun pozuntusu ilə bağlı daxil olan şikayət, ərizə və digər müraciətlərə baxır;
  • Bankın fəaliyyətində yaranan hüquqi məsələlər ilə bağlı rəylər verir və hüquqi yardım göstərir;
  • Dövlət və ictimai təşkilatlarda hüquqi məsələlərə baxılmasında bankın maraqlarını təmsil edir;
  •  Bankın fəaliyyətində qanunçuluğun təmin edilməsində və onun qanuni  maraqlarının müdafiə edilməsi üzrə departamentin işində iştirak edir;
  •  Bank üçün hüquqi əhəmiyyətli nəticələr yaradan bütün sənədlərin  hüquqi ekspertizasını aparır;
  • Baxılan müraciətlərə dair statistikanı aparır və ümumiləşdirir;
  • Müraciətlərin reyestrdə qeydiyyatını aparır.

Namizədə tələblər:

  • ali hüquqi təhsil;
  • bank və digər kredit təşkilatlarında hüquq sahəsində ən azı 2 il təcrübə;
  • Mülki, həmçinin bank qanunvericilyi sahəsində mükəmməl biliklərə sahib olmaq;
  • MS Office proqramlarından istifadə etmə bacarığı; 
  •  Azərbaycan dilində səlis nitq və yazışma aparma qabiliyyəti,
  •  Stressə davamlılıq;
  •  Məsuliyyətlilik;
  •  Ünsiyyət qurmaq bacarığı;
  • Sərbəst işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  azərbaycan dilində 15.02.2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş hüquqşünas)  göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et