Hüquqşünas | Banco.az
Bank BTB

Hüquqşünas

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC  Baş hüquqşünas vəzifəsinə işə qəbul elan edir.

Baş hüquqşünas

İş barədə məlumat:

  • Bank tərəfindən müqavilələrin hazırlanmasında iştirak edir;
  • Bankın adından bağlanılan bütün növ əqdlərin standart formalarını hazırlayır, onlara əlavə və dəyişiklikləri edir;
  • Bank tərəfindən bağlanılarn müqavilələrə rəy verir;
  • Bankın fəaliyyətində yol verilən qanun pozuntusu ilə bağlı daxil olan şikayət, ərizə və digər müraciətlərə baxır;
  • Bankın fəaliyyətində yaranan hüquqi məsələlər ilə bağlı rəylər verir və hüquqi yardım göstərir;
  • Dövlət və ictimai təşkilatlarda hüquqi məsələlərə baxılmasında bankın maraqlarını təmsil edir;
  • Bank üçün hüquqi əhəmiyyətli nəticələr yaradan bütün sənədlərin  hüquqi ekspertizasını aparır;
  • Müştərilərin yazılı və şifahi müraciətlərinin müvafiq normativ aktda    göstərilən müddətdə və qaydada toplayır, baxır və cavablandırır;
  • Baxılan müraciətlərə dair statistikanı aparır və ümumiləşdirir;
  • Müştərilərin hüquqlarının, qanuni mənafelərinin və etik davranış qaydalarının pozulması hallarının aşkarlarlanması üçün araşdırmalar aparır;
  • Müştərilərin müraciətləri ilə əlaqədar Mərkəzi Bankın sorğularını araşdırır və cavablandırır;
  • Müraciətlərin reyestrdə qeydiyyatını aparır
  • Müştərilərin hüquqlarının, qanuni mənafelərinin qorunması və etik davranış qaydalarında çatışmazlıqların aradan qaldırılması istiqamətində Departament direktoruna müvafiq təkliflər hazırlayır.

Namizədə tələblər:

  • ali hüquqi təhsil;
  • bank və digər kredit təşkilatlarında hüquq sahəsində ən azı 2 il təcrübə;
  • hüquqları müdafiə edə bilmə bacarığı; məsləhət vermək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  30 Oktyabr, 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş hüquqşünas)  göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et