Hüquqşünas | Banco.az

Hüquqşünas

Vakansiya haqqında məlumat: 

“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvüdür.

Hal-hazırda “Qafqaz Lizinq” ASC Hüquqşünas vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Məhkəməyə göndəriləcək sənədlərin Təşkilatın müvafiq struktur bölmələrindən təhvil alınması;
  • Məhkəməyə təqdim olunması üçün bütün sənədlərin tam hazır vəziyyətə gətirilməsi;
  • Sənədlər hazır olduqdan sonra aidiyyatı üzrə məhkəməyə müraciət olunması;
  • Məhkəmə işlərində Təşkilatın təmsil edilməsi;
  • Məhkəmə qərarlarının icrasına nəzarət edilməsi;
  • Hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

Tələb olunan keyfiyyətlər:

  • Ali hüquq təhsili;
  • Hüquq sahəsində 1 ildən yuxarı iş təcrübəsi (məhkəmə qərarlarının icrası işində iş təcrübəsi olanlara üstünlük veriləcək);
  • Azərbaycan dilini mükəmməl bilmək;
  • Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Hüquqşünas) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:

Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B

Tel: (99412) 991

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.

Şirkət: 
“Qafqaz Lizinq” ASC

Ən sərfəli krediti almaq üçün müraciət et