Hüquqşünas | Banco.az

Hüquqşünas

Vakansiya haqqında məlumat: 

DəmirBank ASC-nin Hüquq Departamentinə Korporativ Hüquq şöbəsinə hüquqşünas vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

  • Bankın fəaliyyəti ilə bağlı kredit və təminat müqavilələrin hüquqi ekspertizasını həyata keçirərək müqavilələrlə bilavasitə viza vermək və ya rəylərin verilməsi üçün təkliflərin hazırlanmasında iştirak etmək;
  • Bankda hesabların açılması üzrə sənədlərin hüquqi ekspertizasını həyata keçirərək bilavasitə viza vermək və ya rəylərin verilməsi üçün təkliflərin hazırlanmasında iştirak etmək;
  • Vəzifələrin icrası ilə bağlı, banka daxil olan bütün hüquqi sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə müvafiq cavabların hazırlanmasında iştirak etmək;
  • Bankın bütün struktur bölmələrinə, filial və şöbələrinə hüquqi yardım göstərərək mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etmək;
  • Departament direktoru və Şöbə müdiri tərəfindən həvalə edilmiş digər vəzifələri icra etmək;
  • Bankın qəbul etdiyi qərarlardan irəli gələn vəzifələri, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirmək;
  • Bankın ümumi fəaliyyətində risklərin idarə edilməsini təmin etmək;
  • Bankın qəbul etdiyi çirkli pulların yuyulmasının qarşısının alınmasısahəsində Siyasət və bankdaxili prosedurların tələblərindən irəli gələn vəzifələri yerinə yetirmək.

Namizədə qarşı tələblər:

  • Ali hüquq təhsili (magistr dərəcəsinin olması arzuolunandır);
  • Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli (İngilis dilini bilənlərə üstünlük verilir);
  • Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
  • Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
  • Məxfilik, diqqət, analiz etmək, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22 oktyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Hüquqşünas) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et