Hüquqi şəxslərin kreditləşdirilməsi şöbəsinin müdiri | Banco.az
Bank Avrasiya

Hüquqi şəxslərin kreditləşdirilməsi şöbəsinin müdiri

Vakansiya haqqında məlumat: 

İş barədə məlumat

  • Şöbənin işini planlaşdırmaq və təşkil etmək, bankdaxili siyasət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən şöbəyə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil etmək
  • Əsas bank proqramında və digər proqram vasitələrində kreditləşmə əməliyyatlarının əks olunmasını təmin etmək; 
  • Kreditləşməyə aid bütün digər arxa ofis funksiyalarını təşkil etmək 
  • Ona birbaşa hesabatlı olan işçilərin vəzifə təlimatlarını və hədəflərini müəyyən etmək, onlara təlim və məsləhət vermək, fəaliyyətlərini qiymətləndirmək 
  • Bankın strategiyasına uyğun olaraq, kredit bazarını mütəmadi olaraq təhlil etmək və kreditləşmə proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək 
  • Bankın menecmentinin müəyyən etdiyi və bankdaxili qaydalarla müəyyən olunmuş kredit biznesi üzrə hesabatlar hazırlamaq 
  • Bankdaxili qaydalara müvafiq olaraq, borcalanların biznesinə və girov əmlakına yerində baxışı təşkil etmək 
  • Bankdaxili qaydalara müvafiq olaraq, kreditlərin monitorinqini təşkil etmək 
  • Bankın girovların ilkin və yenidən qiymətləndirilməsi, monitorinqi üzrə siyasətini, ona əlavə və dəyişiklikləri hazırlamaq, müvafiq təsdiqdən sonra icrasını təmin etmək 
  • Qiymətləndirici və sığorta şirkətlərinin qiymətləndirmə prosesinə nəzarət etmək, ehtiyac olduqda bu prosesdə iştirak etmək 
  • Kredit qovluqlarının aparılması və etibarlı saxlanmasını təşkil etmək; 
  • Kreditləşmə ilə əlaqədar sığorta müqavilələrinin müddətlərinə nəzarəti təşkil etmək.

Namizədə tələblər

  • Ali iqtisadi təhsil və ya biznes üzrə təhsil 
  • Ən azı 3 il kreditləşmə sahəsində bank təcrübəsi 
  • MS Office proqramların üzrə biliklər 
  • Analitik qabiliyyət 
  • Dəqiqlik bacarığı 
  • Məsuliyyətlilik 
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı

CV–ləri [email protected] elektron poçtuna göndərə bilərsiniz.

Telefon: (012) 598-85-85

Ən sərfəli krediti almaq üçün müraciət et