Hüquq Xidməti Şöbəsinə Baş və Aparıcı Hüquqşünas | Banco.az
ABB

Hüquq Xidməti Şöbəsinə Baş və Aparıcı Hüquqşünas

Vakansiya haqqında məlumat: 

“ABB” ASC Hüquq Xidməti Şöbəsinə  Baş və Aparıcı Hüquqşünas vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  •  Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
  •  Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
  •  Müqavilələrin hazırlanması, müqavilələrə dair hüquqi rəylərin verilməsi;
  •  Filial, şöbə və nümayəndəliklərin açılması ilə bağlı hüquqi sənədləri hazırlanması;
  •  Struktur və bölmələrin iş fəaliyyətində orta çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
  •  Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
  •  Protokolların aparılması, hazırlanması;
  •  Məhkəmə və digər orqanlarına sənədlərin hazırlanması və təqdim edilməsi;
  •  Məhkəmədə və digər orqanlarda Bankın adından çıxış edilməsi;
  •  Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması və s.

Davranış səriştələri:

  •  Analitik düşüncə qabiliyyəti
  •  Detallara diqqət
  •  İnandırıcılıq
  •  Qərar vermə 
  •  Yazı qabiliyyəti

Vakant vəzifə üzrə tələblər:

  •  Ali hüquqi təhsil;
  •  Azərbaycan, Rus dillərində mükəmməl danışıq və yazı bacarığının olması, İngilis dil biliyi – yaxşı səviyyədə;
  •  Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
  •  Bank Hüququ və ya Korporativ Hüquq sahəsində 3-5 illik iş təcrübəsi.

Bu iş sizə nələri qazandıracaq:

  •  Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
  •  Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  26 Fevral  2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Baş və ya Aparıcı Hüquqşünas” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et