Bank BTB
Hüquq və təşkilati işlər departamentinin mütəxəssisi
Vakansiya haqqında məlumat:
Hüquq və təşkilati işlər departamentinin mütəxəssisi
İş barədə məlumat:
- Bаnkda kargüzarlıq işinin təsdiq olunmuş Təlimata uyğun təşkili və aparılmasına nəzarət;
- Banka daxil olan və bankdan göndərilən məktub və sənədləri müvafiq jurnallarda qeydiyyatdan keçirmə;
- Bankın xüsusi yaradılmış elektron poçtuna daxil olan materiallara nəzarət edir və onlar haqqında rəhbərliyə məlumat vermək;
- Bankdan çıxan məktubların qeydiyyatını aparmaq və blank üzərində çap etmək;
- Bankın Baş ofisinin və filialları arasında sənəd dövriyyəsinin, təşkili, həyata keçirilməsi və nəzarət;
- Bankın Baş ofisinin və filiallarının kargüzarlıq işinə nəzarət;
- Bankın fəaliyyəti ilə bağlı bütün əmrlərinin hazırlanması və icrasına nəzarət.
- Departamentdə saxlanılan sənədlərin istifadəsinin təmin edilməsi, sənədlərin surətinin və sənədlərdən çıxarışların verilməsi;
- Bankda işlənib hazırlanan sənədlərin (Siyasətlərin, Əsasnamələrin, Təlimatların və sairə) qeydiyyatı, saxlanılması və istifadəsinin təmin edilməsi
- Departamentin Əsasnaməsində nəzərdə tutulan digər səlahiyyətlərin və departament rəhbəri, şöbə rəhbəri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
- ali təhsil;
- bank sahəsində 2-3 il iş təcrübəsi;
- kargüzarlıq və sənəd dövriyyəsi sahəsində peşəkarlıq qabiliyyəti olan;
- Azərbaycan və rus dillərini (yazılış, danışıq) yüksək bilik səviyyəsinə malik olan;
- rəsmi yazışma qaydalarında təcrübəsi olan.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06.06.2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Hüquq və təşkilati işlər departamentinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.