Hüquq və icraat departamentinin aparıcı hüquqşünası/ böyük hüquqşünası | Banco.az

Hüquq və icraat departamentinin aparıcı hüquqşünası/ böyük hüquqşünası

Vakansiya haqqında məlumat: 

Maliyyə Bazarlarına Nəzarət Palatası

Hüquq və icraat departamentinin aparıcı hüquqşünası/böyük hüquqşünası

Namizədə dair tələblər:
• Hüquq üzrə bakalavr və magistr təhsili (xaricdə təhsil alanlara üstünlük veriləcək)
• Analoji sahə üzrə ən azı 3-5 il iş təcrübəsi
• Azərbaycan və İngilis dillərində səlis danışmaq, yazmaq, tədqiqat aparmaq və müqavilələr hazırlamaq qabiliyyəti
• Analitik düşüncə və hüquq sahəsində təhliletmə bacarığı
• Normayaradıcılıq bacarığı
• Komanda ilə işləmək bacarığı
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:
• Maliyyə bazarlarına aid olan normativ aktların layihələrinin hazırlanması və mövcud qanunvericiliyin təkmilləşdirilməsi
• Maliyyə bazarlarına aid olan beynəlxalq qanunvericilik üzrə məlumatların toplanması, təhlil aparılması və təkliflər hazırlanması
• Palatanın təşəbbüsü ilə təqdim edilən sənədlərin hazırlanması və ya Palataya daxil olan qanun, fərman və qərar layihələrinə dair rəy və təkliflərin verilməsi
• Palatanın bağladığı müxtəlif xarakterli müqavilələrin hazırlanması,  o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasının həyata keçirilməsi
• Palataya daxil olan hüquqi sorğuların cavablandırılması
• Palatanın daxili prosedur qaydalarının hazırlanması və digər struktur bölmələr tərəfindən hazırlanmış daxili prosedur qaydalara dair hüquqi rəyin verilməsi
• Departamentin strateji və taktiki planlarının müəyyən edilməsində və hazırlanmasında iştirak 
• Məhkəmə instansiyalarında Palatanın təmsil edilməsi, müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməsi və məhkəmələrdə iddiaların qaldırılması üçün materiallar hazırlanması

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini [email protected] elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Şirkət: 
Maliyyə Bazarlarına Nəzarət Palatası

Ən sərfəli krediti almaq üçün müraciət et