Hüquq şöbəsinin müdiri | Banco.az

Hüquq şöbəsinin müdiri

Vakansiya haqqında məlumat: 

Vəzifə: Hüquq şöbəsinin müdiri

Əmək haqqı: Razılaşma ilə

Vəzifə öhdəlikləri: Şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi;

Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi;

İcraatda olan işlərlə bağlı hüquqi tədbirlərin görülməsi;

Mülki, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqinə nəzarətin həyata keçirilməsi;

Müvafiq əsasnamə, qayda, təlimat, əmr, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması;

Hüquqi məsələlər üzrə dövlət orqanları ilə qarşılıqlı münasibətlərin təşkil olunması, müvafiq müraciətlərə hüquqi rəyin verilməsi;

Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya,icraat) qaydada nizama salınmasına dair tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;

İş təcrübəsi: Rəhbər vəzifədə işləmiş, İdarəçilik qabiliyyəti və Bank sahəsində təcrübəsi olanlara üstünlük veriləcək.

Kompyuter biliyi: Kompyuter proqramlarını bilməsi vacibdir.

Təhsili: Ali hüquqi

Namizədlər Cv-lərini mövzu hissədə vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.

Şirkət: 
“Aqrarkredit” QSC

Ən sərfəli krediti almaq üçün müraciət et