Hüquq məsləhətçisi (Tovuz filialı) | Banco.az

Hüquq məsləhətçisi (Tovuz filialı)

Vakansiya haqqında məlumat: 

Əsas vəzifə öhdəlikləri:

  • Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi
  • Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;

Təşkilat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanmasi

  • Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi;
  • İcra işləri üzrə İcra məmurları ilə işləmək;
  • Rəsmi yazışmaları təmin etmək;

Namizədə dair tələblər:

  •  Hüquq sahəsində ali  təhsilinin olması;
  •  Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
  •  Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
  •  Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
  •  Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  •  İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  •  Kompyuter bilikləri;
  •  Bank sektorunda hüquqi işin, o cümlədən,  məhkəmə işlərinin aparılması  təcrübəsinə malik olan şəxslərə üstünlük verilir.​​

Əmək haqqı 600-700 + rüblük bonus

CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə  [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et