HÜQUQ İŞLƏRİ ÜZRƏ KÖMƏKÇİ | Banco.az
FINCA Azerbaijan

HÜQUQ İŞLƏRİ ÜZRƏ KÖMƏKÇİ

Vakansiya haqqında məlumat: 

Əsas vəzifə və öhdəlikləri:

• Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində Hüquq Departamentinin Meneceri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin Təşkilatın qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün daim çalışmaq;
• Bütün fəaliyyətini Təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Borcunu ödəməyən müştərilərə qarşı müvafiq xəbərdarlıq məktublarını göndərmək, iddia ərizələrini hazırlayaraq məhkəməyə göndərmək;
• Hüquq Departamentinin fəaliyyəti zamanı inzibati işləri, sənəd dövriyyəsini təşkil etmək, kargüzarlığın müvafiq qaydada həyata keçirilməsinə nəzarət etmək; 
• Hüquq Departamentinin Meneceri tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək;

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi arzuolunandır);
• İstənilən sahədə 1 illik iş təcrübəsi və ya yüksək təhsil göstəricilərinin olması arzuolunandır;
• Mülki, mülki-prosessual, inzibati məsuliyyət, maliyyə-kredit və bank qanunvericiliyini bilənlərə üstünlük veriləcəkdir;
• Azərbaycan dilində səlis danışmaq, (İngilis və Rus dillərini bilmək arzuolunandır);
• Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik;
• Əla şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

“FINCA Azərbaycan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et