Hüquq departamentinin hüquqşünası | Banco.az
Yelo Bank

Hüquq departamentinin hüquqşünası

Vakansiya haqqında məlumat: 

 

Hüquq departamentinin hüquqşünası

 

Tələblər:

  • Hüquq üzrə ali təhsil;
  • Azərbaycan və rus dillərində danışmaq və yazmaq (ingilis dili biliyi arzuolunandır);
  • Korporativ, kommersiya, mülki, vergi və əmək hüququ sahəsində baza bilikləri;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Dürüstlük, dəqiqlik, intizamlılıq, effektiv ünsiyyət bacarığı, problem həll etmə qabiliyyəti, çeviklik və yaradıcılıq. 

 

Öhdəliklər:

  • Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;
  • Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirtmək və rəy vermək;
  • Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
  • Bank daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
  • Bankın maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanmasında iştirak etmək;
  • Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;
  • Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirmək, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;

 

CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Hüquq departamentinin hüquqşünası) qeyd edərək,  [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et