Hüquq Departamentinin Eksperti | Banco.az
Rabitəbank

Hüquq Departamentinin Eksperti

Vakansiya haqqında məlumat: 

Əsas Vəzifə öhdəlikləri: 

  • Vergi qanunvericiliyi üzrə məsləhət və rəylərin verilməsi
  • Bankdaxili təlimat, qayda və prosedurların layihələrinin hazırlanmasında iştirak etməsi
  • Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsinin təmin edilməsi
  • Müxtəlif hüquqi xarakterli sənədlərinin, müqavilələrin hazırlanması,
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada  bankın hüquq və mənafelərinin məhkəmə müdafiəsi
  • Bankın fəaliyyətində meydana çıxan bütün hüquq məsələlər üzrə rəylərin hazırlanması
  • Bankın hüquqi məsələlər üzrə aidiyyəti dövlət orqanları qarşısında təmsilçiliyinin həyata keçirilməsi

Namizədə olan tələblər:

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • Vergi və bank qanunvericiliyin bilməsi
  • Hüquq sahəsində ən azı 3 il iş stajın olması
  • Yüksək ünsiyyət, təqdimetmə və təşkilatçılıq bacarıqlarına malik olması
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması

Namizədlərə qarşı xüsisi tələb: Vergi qanunvericiliyini peşakar səviyyədə bilməsi, İngilis dilinin yüksək səviyyədə olması 

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected];  e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun  görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.

Əlaqə vasitələri:

E - mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et