Hesabatlıq və təhlil departamentinin direktoru | Banco.az
AFB Bank

Hesabatlıq və təhlil departamentinin direktoru

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Hesabatlıq və təhlil departamentinin direktoru vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Hesabatlıq və təhlil departamentinin direktoru
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı;

• Mərkəzi Bankın və MBNP-nın normativ aktları haqqında nəzəri biliklər;

• MBNP-nın və Mərkəzi Bankın hesabatlarının hazırlanması ilə bağlı iş təcrübəsinin olması;

• Yüksək səviyyədə excel bilikləri;

• Proqramlama dillərində biliklər;

• SQL Server və Oracle sistemlərində biliklərə sahib olmaq;

• Bİ Tool-la iş təcrübəsi;

• Maliyyə hesabatlarının təhlili üzrə bilikər;

• Məlumat bazasının (DB) yaradılması və menecment hesabatlarının hazırlanması.                         

 

İŞİN TƏSVİRİ:

• MİS -in qurulmasının və daimi təkmilləşdirilməsinin təmin edilməsi;

• Bankın bütün struktur bölmələrindən və filiallarından statistik məlumatların qəbul olunması       (toplanması), emalı, icmallaşdırılması və bu məlumatlar əsasında Bankın maliyyə təhlilinin  aparılması;

• Bankın fəaliyyəti barədə aylıq, rüblük və illik statistik hesabatların hazırlanması;

• Bank üzrə statistik elektron məlumatlar bazasının yaradılması və bu bazanın daima      təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi;

• Bankın səmərəlilik göstəriciləri üzrə təhlillərin aparılması və bütövlükdə Bankın gəlirliyinin artırılması, strateji hədəflər və maliyyə məqsədlərinin yerinə yetirilməsinin təmin olunması üzrə təkliflərin hazırlanması;

• Mərkəzi Banka, Vergilər Nazirliyinə və digər dövlət orqanlarına təqdim olunan hesabatların hazırlanıb təqdim edilməsi;

• Bankın rəhbərliyinin Bankın fəaliyyəti ilə bağlı bütün statistik məlumatlarla təmin edilməsi.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Hesabatlıq və təhlil departamentinin direktoru qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et