Hesabatlıq və təhlil departamentində baş mütəxəssis və mütəxəssis | Banco.az
AFB Bank

Hesabatlıq və təhlil departamentində baş mütəxəssis və mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Hesabatlıq və təhlil departamentinin baş mütəxəssis və mütəxəssis vəzifələrinə vakansiya elan edir.

 

Vəzifə: Hesabatlıq və təhlil departamenti - baş mütəxəssis, mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Analitik bacarıqlar, böyük məlumat bazası ilə işləmək bacarığı

• Mərkəzi Bankın və Palatanın normativ aktları haqqında nəzəri biliklər

• Palatanın və Mərkəzi Bankın hesabatlarının hazırlanması ilə bağlı iş təcrübəsinin olması

• Excel-i yüksək dərəcədə bilmək

• Maliyyə Hesabatlarının Təhlili üzrə bilikər

• Məlumat bazasının (DB) yaradılması və menecment hesabatlarının hazırlanması                         

 

İŞİN TƏSVİRİ:

• Bankın bütün struktur bölmələrindən və filiallarından statistik məlumatların qəbul olunması       (toplanması), emalı, icmallaşdırılması  və bu məlumatlar əsasında Bankın maliyyə təhlilinin  aparılması;

• Bankın fəaliyyəti barədə aylıq, rüblük və illik statistik hesabatların hazırlanması;

• Mərkəzi Banka, Vergilər Nazirliyinə və digər dövlət orqanlarına təqdim olunan hesabatların hazırlanıb göndərilməsi;

• Bankın rəhbərliyinin Bankın fəaliyyəti ilə bağlı bütün statistik məlumatlarla təmin edilməsi.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Hesabatlıq və təhlil departamenti - baş mütəxəssis, mütəxəssisqeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et