Gəncə filialı üçün qəza komissarı | Banco.az

Gəncə filialı üçün qəza komissarı

Vakansiya haqqında məlumat: 

Rəvan Sığorta” ASC Gəncə filialı üçün qəza komissarı vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri – Gəncə şəhəri 
Yaş həddi – 25-35  
Təhsil – Ali 
Əlaqə nömrəsi: 012-448-33-11
İş təcrübəsi – 1 ildən yuxarı 
Email: [email protected] 

İş barədə məlumat

- Sığorta hadisəsi baş verdiyi zaman məlumat daxil olduğu zaman dərhal hadisə yerinə getmək;
- Bütün mümkün yollardan istifadə edərək hadisənin tam təfsilatını aydınlaşdırmaq;
- Hadisənin tam təfsilatını əks etdirən qəza raportunu (raportda tələb olunan xanaları maksimum doldurmalıdır) tərtib etmək,sürücü tərəfinindən raportun imzalanmasını təmin etmək;
- Sığorta hadisəsini qeydiyyata alan aidiyyatı dövlət orqanına hadisənin araşdırılması ilə bağlı zəruri sənədlərin alınması məqsədilə göndərilməli sorğunu tərtib etmək, soğuya cavab olaraq göndərilən sənədləri dosyeyə əlavə etmək və  bu barədə qeydləri Smart proqramına işləmək;
- Hadisə üzrə müvafiq faylları və şəkilləri elektron bazaya daxil etmək;
- Hadisə haqqında informasiyanın müvafiq məlumat bazasında qeyd edilməsi və sonra Şirkətin  İdarə Heyətinin sədrinə təqdim edilməsi üçün, hadisə barədə raportu departament müdirinə təhvil vermək;
- Hadisə ilə əlaqədar müdiriyyətin bütün təlimatlarına əməl etmək.

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil 

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Namizədə tələblər

- Ali təhsilli, müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Cinsi /K;
- Sürücülük təcrübəsi;
- Kompüter  biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)  Səviyyə: yaxxşı
- Xoş xarici görünüş, məsuliyyətli və işində dəqiq;
- Azərbaycan dili mükəmməl, Rus - orta;
- Sığorta qanunvericiliyini bilməlidir.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini [email protected]  elektron ünvanına göndərmələri xahiş olunur.

Şirkət: 
Rəvan Sığorta ASC

Ən sərfəli krediti almaq üçün müraciət et