Gənc Kredit İşçilərinin İnkişafı (Şamaxı) | Banco.az
FINCA Azerbaijan

Gənc Kredit İşçilərinin İnkişafı (Şamaxı)

Vakansiya haqqında məlumat: 

FINCA Azerbaijan ŞAMAXI şəhərində yerləşən filialına “Gənc Kredit İşçilərinin İnkişafı” layihəsində iştirak etmək məqsədilə kredit işində çalışmaq istəyən, iddialı və potensialı olan gənc namizədlər tələb olunur. Həmin namizədlər təşkilatda Kredit İşçisi vəzifəsində çalışmaq üçün hazırlanacaqlar. “FINCA Azerbaijan” Azərbaycanda 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.

TƏLƏBLƏR:

  • Ali və ya orta texniki təhsilli məzunlar;
  • Elementar riyazi hesablama aparmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • İş təcrübəsi tələb olunmur;

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Aidiyyatı coğrafi ərazidə potensial müştərilərin cəlb edilməsi;
  • Təsdiq olunmuş marketinq materiallarının paylanması yolu ilə FİNCA Azərbaycanın kredit məhsullarını və xidmətlərini təklif etmək;

FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər layihədə iştirakçı olmaq istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 28 Aprel 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№212/14) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Şamaxı şəhəri, N.Nərimanov küçəsi 66 (Mərkəzi Univermağın yanı);
Telefon: (020) 265 13 77; (055) 455 25 63

FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et