Fiziki Şəxslərə xidmət üzrə mütəxəssis | Banco.az
AFB Bank

Fiziki Şəxslərə xidmət üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Fiziki Şəxslərə xidmət üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Fiziki Şəxslərə xidmət üzrə mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

• Sahəyə aid olan qayda və normativləri bilmək;

• Ünsiyyət qurmaq bacarıqları;

• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;

• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;

• Komandada işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

• Fiziki şəxslərə hesabların açılmasını, bu hesablar üzrə əməliyyatların aparılmasını təmin etmək;

• Fiziki şəxslərə istehlak kredit məhsulları barədə məlumatlar vermək və istehlak kredit sifarişlərini qəbul edib kreditləri rəsmiləşdirilmək;

• Ödəniş kartları sifariş etmək;

• Müştəri xidmətləri üzrə aylıq/illik plan və tapşırıqlarını yerinə yetirmək;

• Müştərilərin hesabları üzrə balans və balansarxası bütün növ aktiv və passiv əməliyyatların aparılmasına rəhbərlik və nəzarət etmək;

• Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasına nəzarət etmək;

• Müştərilərə xidmət işinin təkmilləşdiriməsi və inkişafına dair təkliflər vermək.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Fiziki Şəxslərə xidmət üzrə mütəxəssis qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et