Filial Müdiri | Banco.az
TBC Kredit

Filial Müdiri

Vakansiya haqqında məlumat: 

Öhdəliklər:

• Filialın fəaliyyətini təşkil etmək;
• Müştərilərin yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
• Yeni müştərilərin cəlb edilməsini təmin etmək ;
• Filialın işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək ;
• Təşkilatın təklif etdiyi bütün növ kredit məhsullarının satışını təşkil etmək ;
• Filialın kredit planının yerinə yetirilməsinə nəzarət etmək;
• Filialın kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
• Problemli kreditlərlə işləmək.

Tələblər:

• Ali təhsil (İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində təhsilə üstünlük verilir);
• İqtisadi və biznes təhlilləri aparmaq qabiliyyəti;
• Ən azı 2 il idarəçilik təcrübəsi; 
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• Komanda yaratmaq, təlimləndirmək və  idarə etmək bacarığı;
• Azərbaycan dilində səlis danışmaq, rus dilində müəyyən səviyyədə biliyə malik olmaq.

Tələblərə cavab verən namizədlər müsabiqəyə dəvət olunacaqlar.

CV-ləri, habelə suallarınızı elektron ünvanımıza göndərə bilərsiniz: [email protected]


 

Ən sərfəli krediti almaq üçün müraciət et