Filial Meneceri (Masallı, Saatlı) | Banco.az
Azkredit

Filial Meneceri (Masallı, Saatlı)

Vakansiya haqqında məlumat: 

“Vijn Fond AzərKredit” MMC Masallı və Saatlı ofislərinə Filial Menecerləri axtarır.

Vijn Fond AzərKredit MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. AzərKredit hazırda Masallı və Saatlı ofislərinə Filial Menecerləri axtarır. Xanım namizədləri aktiv olmağa çağırırıq.

Bu vəzifə AzərKredit təşkilatının Masallı və Saatlı filiallarında yerləşəcək və bu vəzifənin məqsədi Masallı və Saatlı filiallarının fəaliyyətini effektiv təmin etməkdir.

Əsas vəzifə və öhdəlikləri:

İdarəetmə sahəsində

• Heyətin idarə edilməsi ilə bağlı müvafiq təklif və qərarların verilməsi
• Filialın kredit portfelinin idarə olunması və idarə olunmasına nəzarət 
• Filial üçün prioritetlərin və məqsədlərin tətbiq olunmasına cavabdehlik
• Filial portfelinin və müştəri  bazasının ən yüksək mümkün keyfiyyətdə saxlanmasına məsuliyyətlilik
• Xətalı məsələlərin idarə olunmasında cavabdehlilik
• Problemlərin, risklərin idarə edilməsi, həlli yollarının araşdırılması, həll edilməsinə nəzarət
• Ümumi hədəf və məqsədlərə təsir göstərə bilən filial əməliyyatları ilə bağlı məsələlərdə Baş Ofis və digər filialları əlaqələndirilməsi
• Tələb olunan hesabatları dəqiq və vaxtında verilməsi
• Filialın hədəf və məqsədlərinə nail olmaq üçün işçi heyətini əla və effektiv iş səviyyəsinə can atmasına həvəsləndirmək və ruhlandırmaq
• Filialın ümumi işi üçün məsuliyyətlilik
• Filial ştatına işə götürmə və İşçilərin İllik qiymətləndirmə prosesində iştirak 
• Tabeçiliyində olan işçilərdən müvafiq hesabatların  tələb edilməsi
• Rəhbərlik etdiyi filialların vəziyyətinin təhlil edilməsi, hesabat hazırlanması, təkliflərlə çıxış
• Yaxşı müştəri xidməti göstərilməsinə həvəsləndirmə üçün bütün işçilər arasında şəxsən nümunə olmaq 
• Təşkilatın xidmətlərinin yaxşılaşdırılması və rəqabətliliyinin təmin edilməsi üçün digər kredit təşkilatlarının daxil olduğu ərazilərdə bazar fəaliyyətinin məlumatlarını öyrənilməsi
• Filialın nəzdində açılan yeni nümayəndəliklərin inzibati işlərinin təşkilində Regional Menecerə yaxından kömək edilməsi

Maliyyə sahəsində

• Filialın effektiv  büdcəsini işləmək və planlaşdırmaq
• VF AzərKreditin məqsədinin qoyulmasında və maliyyə hədəflərində lehinə fəal iştirak etmək
• Məlumat İnformasiya sistemində müştəri ərizəsi əsasında daxil olunan məlumatları yoxlayaraq təsdiqləmək
• Məlumat İnformasiya sistemində günlük maliyyə əməliyyatlarını yoxlamaq və təsdiqləmək
• Filialın nəzdində olan nümayəndəliklərin məlumatlarının təsdiqində iştirak etmək

Nəzarət sahəsində

• Kredit komitələrinin təşkili, sədrlik  və nəzarəti
• Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq
• Müştərinin məlumat cədvəlinə və davamlı kreditlər üçün monitorinq səfərlərinə nəzarət və planlaşdırmaq
• Girov əməliyyatlarının  yerinə yetirilməsinin prosedurlara uyğunluğuna nəzarət etmək
• Kreditlə bağlı işçilərin, kreditlərin diversifikasiyasına nəzarət və müvafiq tapşırıqlar vermək, bölgüyə nəzarət etmək
• Filialın tabeçiliyində olan bütün nümayəndəliklərin işinə nəzarət etmək

Digər

• Kreditlə bağlı tələb olunan sahə səfərlərini təşkil etmək
• Baş ofis ilə həvəsləndirmə strategiyasının və marketinq planın hazırlanmasında lehinə fəal iştirak etmək
• Qızıl qəbulu prosesində iştirak edir və qızıl qəbulu və qaytarılması aktlarını şirkət adından imza  və möhürlə təsdiq etmək
• Ehtiyac olduqda nümayəndəlikləri monitorinq etmək
• Tələb olunanda rəsmi proseslərdə iştirak etmək
• Bütün rəftar və hərəkətlərdə nümunəvi iş etikasını, müşahidə olunan dürüstlüyü, şəffaflığı və məxfiliyi saxlamaq
• VF AzərKredit mühitində bütün işçi heyəti ilə, müştəri və digər şəxslərlə müsbət münasibətlər saxlamaq
• Təşkilatın Strateji Planına uyğun məqsədlərin əldə olunmasına nail olmaq

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

• İqtisadi və ya idarəetmə sahəsində təhsil
• Müvafiq biznes, idarəetmə, iqtisadiyyat sahəsində azı 3 il təcrübə
• Heyətin idarə olunması sahəsində müvafiq bacarıq və təcrübi biliklər
• Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq
• İngilis dilindən müəyyən səviyyəyə malik olmaq
• Kompüterdə, Outlook, MS Word və Excel proqramlarında işləmək
• Sürücülük bacarığı

Yuxarıdakı tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, işəqəbul anketlərini dolduraraq 4 may 2014-cü il tarixinədək aşağıdakı e-ünvana göndərsinlər. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya Cəlilabad və Saatlı ofislərindən əldə edə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Masallı ( və ya Saatlı) Filialına Menecer). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]            Faks: +99412 597 30 39

Ən sərfəli krediti almaq üçün müraciət et