Əməliyyatçı və Baş əməliyyatçı | Banco.az
AFB Bank

Əməliyyatçı və Baş əməliyyatçı

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Müştəri xidmətləri üzrə Əməliyyatçı və Baş əməliyyatçı vəzifələrinə vakansiya elan edir.

Vəzifə: Müştəri xidmətləri - Əməliyyatçı və Baş əməliyyatçı 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı, Sumqayıt, Qəbələ və Gəncə şəhərləri

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 
• Ali iqtisadi təhsil;
• Yaş həddi 22 – 32;

• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;

• MS Excel və MS Word proqramları üzrə baza biliklər;
• İqtisadiyyat və maliyyə istiqaməti üzrə nəzəri biliklər;
• Analitik düşüncə qabiliyyəti;
• İş təcrübəsi arzuolunandır.

 

İŞİN TƏSVİRİ:
• Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumat vermək;

• Müştərilər üçün hesabların açılması, müqavilələrin hazırlanması;

• Bank hesablarına nəzarət etmək və hesablar üzrə əməliyyatlar aparmaq;
• Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini apararaq icrasını təşkil etmək;

• Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərmək;
• Müştərilərə POS-Terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərmək.

 

Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Müştəri xidmətləri - Əməliyyatçı və Baş əməliyyatçı” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et