"Əməliyyatçı" üzrə vakansiya | Banco.az

"Əməliyyatçı" üzrə vakansiya

Vakansiya haqqında məlumat: 

İnternational BOKT "Əməliyyatçı" üzrə vakansiya elan edir!

Tələblər:

- İqtisadiyyat sahəsində ali təhsilin olması; 
- Müştəri xidməti ilə bağlı (əməliyyat sahəsi) təlimlər üzrə biliklərə malik olmalı; 
- Texniki təchizatlardan istifadə etmə bacarığı;
- Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti; - Sənədlərlə düzgün işləmə bacarığı;
- Təşkilatdaxili bütün növ məhsullar haqqında biliklərə və daxili treninqlərdən keçdikdən sonra imtahandan keçmək haqqında sertifikat əldə etməli;
- Karyer plana uyğun öz kriteriyası üzrə ümumi bilik səviyyəsinə malik olmalı;

Vəzifə öhdəlikləri: 
-Təşkilata müraciət edən müştərilərə onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək, təşkilatın ümumi xeyri naminə müştəriyə yüksək səviyyəli xidmət göstərmək, müştərinin təşkilat seçimində yanılmadığına inanmasını təmin etmək.
-Fiziki şəxs və fiziki şəxs sahibkarlara (o cümlədən kreditləşən müştərilərə) mədaxil və məxaric əməliyyatları üzrə xidmət göstərir;
-Gündəlik əməliyyatları təşkilatın proqramına yığır və müxabirləşməni aparır;
-İcra edilmiş bütün əməliyyat sənədlərini günün sənədlərinə tikir; 
-Müştərilərin konvertasiya sifarişlərini icra edir; 
-Bütün icra sənədlərinin ödəmə növbəliyi əsasında kartatekasını aparır;

CV-ləri Əməliyyatçı mövzusu ilə [email protected] və [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Şirkət: 
International BOKT

Ən sərfəli krediti almaq üçün müraciət et