Əməliyyatçı | Banco.az
Bank Respublika

Əməliyyatçı

Vakansiya haqqında məlumat: 

“Bank Respublika” ASC Bakı filialları üçün “Əməliyyatçı” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
• Bankın müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
• Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
• Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
• Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
• Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
• Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
• Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;
• Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Əməliyyat sahəsində təcrübənin olması arzuolunandır;
• Dil bilikləri: Azərbaycan və rus dilləri mükəmməl olmalı;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Yüksək ünsiyyət bacarığı;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 yanvar 2019-cu il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Bakı filialları/Əməliyyatçı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç