Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Olunması üzrə Mütəxəssis | Banco.az
PAŞA Bank

Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Olunması üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Olunması üzrə Mütəxəssis

Vəzifənin məqsədi

Əməliyyat və tənzimləyici risklərinin aşkarlanması, qiymətləndirilməsi və monitorinqinə cavabdehlik. Əməliyyat və tənzimləyici risklərin çərçivəsinin təkmilləşdirilməsi üçün zəruri layihələrin aparılması və fəaliyyətlərdə iştirak.

 

Vəzifə öhdəlikləri

• Bütün səviyyələrdə bank üçün xarakterik əməliyyat və tənzimləyici risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi 
• Bankın fəaliyyətini əhatə edən bütün proseslərə, məhsul və xidmətlərə, habelə digər normativ sənədlərə əməliyyat və tənzimləyici nöqteyi nəzərdən rəyin verilməsi
• Risk qiymətləndirmə, özünü nəzarət (RCSA) modelinin tətbiqi 
• Risk və İnsidentərin idarə edilməsi sisteminin idarə edilməsi
• Bank üzrə əməliyyat itkiləri bazasının toplanması, ssenarilərin analizi və stress testlərin keçirilməsi
• Əməliyyat və tənzimləyici risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət
• Əməliyyat risklərinin idarə edilməsi üzrə daxili qaydaların, proseslərin və digər normativ sənədlərin yazılması, dövri nəzərdən keçirilməsi və yenilənməsi
• Zəruri hesabatlıq və təqdimatların hazırlanması
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası

 

Tələb olunan bilik, bacarıq və təcrübə

• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
• İş təcrübəsi: Əməliyyat Risklərinin İdarə edilməsi, Audit, Komplayns, Daxili Nəzarət sahələri üzrə minimum 2 il iş təcrübəsi 
• Sertifikat: FRM, PRM üzrə sertifikatlı namizədlərə üstünlük verilir
• Xarici dil: İngilis dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Əməliyyat və Tənzimləyici Risklərinin İdarə Olunması üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et