ƏMƏLİYYAT ÜZRƏ MÜTƏXƏSSİS | Banco.az

ƏMƏLİYYAT ÜZRƏ MÜTƏXƏSSİS

Vakansiya haqqında məlumat: 

İşçinin vəzifələri:

  • Fiziki və Hüquqi şəxs müştəriləri hesabları üzrə əməliyyatları yerinə yetirir.
  • Xidmət göstərdiyi müştərilər üzrə müştərilərdən sənədləri qəbul edir, yoxlayır və icra edir.
  • Xidmət etdiyi müştərilərin cari hesabları üzrə balans və balansarxası bütün növ aktiv və passiv əməliyyatları aparır.
  • Xidmət etdiyi müştərilərin hesabları üzrə nagdsız mübadilə əməliyyatlarının sənədlərini qəbul edir, yoxlayır və icra edir.
  • Əmanətlər üzrə bütün əməliyyatları həyata keçirir,
  • Müştərilərin hesablarına vergi, DSMF və məhkəmə orqanları tərəfindən daxil olunmuş sərəncamlarını ABİS-ə müvafiq qaydada mədaxil edir.
  • Pul köçürmə sistemlərilə (Western Union, Monex, Zolotaya Korona, Kontakt, Leader) əməliyyatları yerinə yetirir.
  • Qanunvericiliyə uyğun olaraq, bank sirrinin qorunması şərti ilə, xidmət etdiyi müştərilərin hesablarının qalıqları və hesabları üzrə əməliyyatlar barədə müvafiq
  • orqanlara arayışlar hazırlayır və departament direktorunun təsdiqi üçün department rəisinə təqdim edir.
  • Müştəri hesablar üzrə bütün növ nağdsız əməliyyatları aparır.
  • Əmək və icra intizamına əməl etmək.
  • Departament Direktorun ona həvalə etmiş digər vəzifələri həyata keçirir

Vəzifəyə qəbul üçün tələblər:

Təhsil: İqtisadi və ya biznes təhsilinin olması

Bilik:

  • Kompyuter bilikləri, Dil bilikləri (Azərbaycan və Rus dili yüksək səviyyədə, İngilis dili orta səviyyədə)
  • Mövcud xüsusi bank proqram təminatı bilmək
  • Öz iş çərçivəsində qüvvədə olan bank qanunvericilik və normativ hüquqi aktlarin bilməsi

Bacarıq:    

  • Kommunikabellik
  • Vahid komandada işləmək bacarığı
  • Müştərilərə yuksək saviyyədə peşəkər  xidmət göstərmək bacarığı                   

 

Təcrübə: Müvafiq sahədə azı 1 il iş təcrübəsi

İş üçün müraciət anketinizi [email protected] ünvanına göndərə bilərsiniz. Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə qeyd olunmalıdır.

Müraciət anketində namizəd barədə ətraflı və dəqiq məlumatlar qeyd edilməli, anketdə namizədin fotoşəkili olmalıdır.

Şirkət: 
Caspian Development Bank (CDB)

Ən sərfəli krediti almaq üçün müraciət et