Əməliyyat risklərinin idarə olunması şöbəsinə Baş mütəxəssis | Banco.az
Rabitəbank

Əməliyyat risklərinin idarə olunması şöbəsinə Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“Rabitəbank” ASC-nin Əməliyyat risklərinin idarə olunması şöbəsinə Baş mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

 Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
 Risk nəzarət və özünü qiymətləndirmə alətinin tətbiqi;
 Risk nəzarət matrisasının hazırlanması və dövri olaraq yenilənməsi;
 Risk və insidentlərin idarə edilməsi sisteminin təşkili;
 Bank daxili normativ sənədlərin, məhsul və xidmət, risk nəzarət
mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
 Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
 Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların
toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
 Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi;
 Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı
təkliflərin verilməsi.


Vəzifəyə olan tələblər:

 Bankda maliyyə, mühasibatlıq və ya müştəri xidməti strukturlarında ən azı 2 illik iş
təcrübəsi;
 MS Excel proqramı üzrə səlist biliklər. Pivot Table, diaqramların qurulması və
çoxluqlar bazası ilə iş bacarığı;
 Biznes proseslərinin tənzimlənməsi barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq
normative aktları və qaydaları barədə biliklər;
 Yüksək ünsiyyətqurma və komandada işləmə bacarığı;
 Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili bilikləri.


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Risk-Baş mütəxəssis” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et