Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı və baş mütəxəssis | Banco.az
ABB

Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı və baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

    

“ABB” ASC  Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı və baş mütəxəssis vakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Vəzifə öhdəlikləri:

 Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi metodlarının hazırlanması
 Əməliyyat risklərinin idarə edilməsi üzrə təkmil alətlərinin tətbiqi
 Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə
 Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi
 Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınmasıı ilə bağlı təkliflər vermək
 Əməliyyat risklərinin idarə edilməsi prosesində  risk indikatorlarınıa dair məlumatlarının toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabatlığın aparılması
 Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi
 Bankın struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitoqinqlərin aparılması və nəticələr əsasında təkliflərin verilməsi
 Bankın struktur bölmələrində insidentlər barədə məlumatların toplanması və səbəblərin araşdırılması

Vakant vəzifə üzrə tələblər:

 İqtisadiyyat istiqaməti üzrə ali təhsil
 Biznes proseslərinin və əməliyyat risklərinin təhlili sahəsi üzrə minimum 2 il iş təcrübəsi
 Biznes proseslərinin tənzimlənməsi barədə AR Mərkəzsi bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklər
 Azərbaycan və ingilis dillərini mükəmməl bilmək
 MS Excel, Word proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində  iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq
 Adekvat əmək haqqı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  01 İyun 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyat risklərinin idarə edilməsi üzrə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et