Əməliyyat Risklərinin İdarə Edilməsi Şöbəsinin Baş Mütəxəssisi | Banco.az
Kapital Bank

Əməliyyat Risklərinin İdarə Edilməsi Şöbəsinin Baş Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri Əməliyyat Risklərinin İdarə Edilməsi üzrə  Baş Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Metodologiya istiqaməti üzrə işlərin aparılması, bank üzrə proseslərin prosedurlaşdırılması, yeni sənədlərin yazılması və mövcud sənədlərin yenilənməsi;
  • Biznes prosesləri qiymətləndirmək, prosedurlaşma və optimallaşma tələb edən sahələr üzrə verilən tapşırıqları yerinə yetirmək;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesinin koordinasiya edilməsi, metodoloji dəstək verilməsi və mütəmadi olaraq əməliyyat risklərinin idarə olunması sahəsində verilən tapşırıqları yerinə yetirmək;
  • Bankın daxili qayda və prosedurlarının mütəmadi olaraq nəzərdən keçirilməsi, onların bank işində əsas tutulmasının monitorinq edilməsi, səlahiyyətləri daxilində tədbir görülməsi və təkliflər verilməsi sahəsində verilən tapşırıqları yerinə yetirmək;
  • Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların, modellərin seçilməsi və tətbiqi üzrə verilən tapşırıqları yerinə yetirmək;
  • Bank əməliyyatları zamanı insani, texnoloji və bank fəaliyyətinə mənfi təsir edə biləcək digər faktorlardan irəli gələn mümkün risklərin aşkarlanması və idarə edilməsi sahəsində verilən tapşırıqları yerinə yetirmək;
  • Bankda yaradılan yeni məhsul və xidmətlərin təhlilinin aparılması, təkliflərin verilməsi və fəaliyyət növləri üzrə risk limitlərin müəyyənləşdirilməsi üzrə verilən tapşırıqları yerinə yetirmək;
  • Risklərin idarə edilməsi strategiyası və siyasətindən irəli gələn tələblərin əməl olunmasına nəzarət edilməsi və kənarlaşmalar barədə hesabatı RİK-ə və İdarə Heyətinə təqdim edilməsi sahəsində verilən tapşırıqları yerinə yetirmək;
  • Saxtakarlıq hallarının səbəblərini araşdırmaq və onların minimizasiyası sahəsində verilən tapşırıqları yerinə yetirmək

Tələblər

  • İqtisadi sahədə ali təhsil;
  • Bank sektorunda 2-4 illik iş təcrübəsi;
  • Riyazi və statistik təhlil barədə biliklər;
  • Yüksək şifahi və yazılı ünsiyyətqurma qabiliyyəti;
  • Tələb edildiyi hallarda planlaşdırılmamış iş saatlarında işləmək imkanı;
  • Fərdi və komanda şəklində işləmək qabiliyyəti.

Vakansiyaya müraciət etmək üçün bura daxil olun - http://www.kapitalbank.az/az/karyera/

Ən sərfəli krediti almaq üçün müraciət et