Əməliyyat Meneceri / Baş mühasib | Banco.az

Əməliyyat Meneceri / Baş mühasib

Vakansiya haqqında məlumat: 

Namizədə tələblər

- Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
- Mərkəzi bankın normativ aktları və təlimatları haqqında biliklərə malik olması; ;
- Minimum baş mühasib vəzifəsində  iki il təcrübə;
- Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
- Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;

İş barədə məlumat

- Gün ərzində aparılmış bütün əməliyyatlar üzrə elektron bazaya yığılmış mühasibat yazılışlarının tamlığına və düzgünlüyünə nəzarət edilməsi  və müəyyən olunmuş limit çərçivəsində onların  təsdiq edilməsı (verifikasiya).
- Filialda kreditlərin rəsmiləşdirilməsi ilə bağlı tələb olunan sənəd paketinin  tamlığı,  tərtib olunmuş  kredit müqaviləsinin düzgünlüyünün  yoxlanılması və kredit müqaviləsinin hər bir səhifəsində imza etməklə təsdiq edilməsi.
- Müştərilərə yeni açılmış hesabların bankdaxili prosedurlara və proqram təminatının tələblərinə uyğun tam formatda filialın elektron bazasına daxil edilməsi. 
- Filialın gündəlik balansının proqramda açılması, xarici valyutaların rəsmi məzənnə kurslarının proqrama daxil etməsi, avtomatik əmələ gələn müxabirləşmələr rejiminin keçirilməsi, filiallararası hesablaşmalar üzrə qalıqların yoxlanılmasından sonra filialda əməliyyat gününün bağlanması, əməliyyat günü ərzində aparılmış əməliyyatların ilkin sənədlərlə üzləşdırılməsı, bağlanmış balansın çap edilmiş variantının imzalanması , imza üçün filial müdirinə təqdim edilməsi və əməliyyat gününün bütün elektron məlumatlarının təyin olunmuş vaxtda Baş Banka ötürülməsinin təmin edilməsi. 
- Əməliyyatçılar tərəfindən balansdankənar hesablarda aparılan əməliyyatlara nəzarət, balansdankənar hesabların qalıqlarının ayda bir dəfədən az olmamaqla qiymətlilərin çeşidinin sayı ilə üzləşdirilməsini icra etmək.
- Filialın elektron bazasında kredit kataloqu üzrə ehtiyat məbləğinin balans məbləği ilə üzləşdirməklə müntəzəm olaraq yoxlanması.
- Filialın əməliyyat günü bağlandıqdan sonra gün ərzində aparılmış bütün əməliyyatlar üzrə bazaya yığılmış məlumatların mütləq qaydada elektron arxivləşməsini həyata keçirmək,  təqvim ili başa çatdıqdan sonra isə Filialın elektron bazası imzalarla təsdiq olunmuş aktla Maliyyə Departamentinə təhvil verilməsini təmin etmək. 
- Filialın elektron bazasının hər rübün nəticəsinə ğörə Əməliyyat Departamentinə təhvil verilməsini təmin etmək.
- Təsdiq olunmuş limitlər çərçivəsində aparılmış əməliyyatlar üzrə Kredit və Depozit Dosyelərinin, əqdlər üzrə sənədlər paketinin, “günün sənədləri”nin və balansının filialda salamat qorunub saxlanmasının təmin edilməsi, həmçinin təqvim ilinin sonunda bütün balans və “günün sənədləri”nin təhvil –təslim aktı ilə Bankın arxıvınə təhvil verilməsinin icra edilməsi. 

CV-ləri Masallı filialı – baş mühasib  mövzusu [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et