Əməliyyat Departamentinin Əməliyyatların uçotu və nəzarət şöbəsinin Mütəxəssisi | Banco.az
Kapital Bank

Əməliyyat Departamentinin Əməliyyatların uçotu və nəzarət şöbəsinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri Əməliyyat Departamentinin Əməliyyatların uçotu və nəzarət şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət etmək;
  • Bank əməliyyat sistemi və digər əməliyyat sistemlərinin rekonsilasiyası;
  • Filiallarda olan əməliyyat işçilərinin işinə funksional nəzarət etmək.

Tələblər

  • İqtisadi və ya riyazi sahədə ali təhsil;
  • Məsuliyyətlilik və dəqiqlik;
  • Bank işi üzrə biliklər (ön və arxa ofis sahələri);
  • Analitik düşünmə qabiliyyəti və problem həlletmə bacarığı;
  • Fərdi və komanda şəklində işləmək bacarığı;
  • Bank sahəsində 2 illik iş təcrübəsi;
  • Azərbaycan dilini əla və Rus dilini yaxşı bilmək.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində vakansiyanın adını qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin

Ən sərfəli krediti almaq üçün müraciət et