Əməliyyat bölməsinə Baş və Aparıcı mütəxəssis | Banco.az
Rabitəbank

Əməliyyat bölməsinə Baş və Aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Rabitəbank Baş ofis və Bakı şəhərində yerləşən filiallarının Əməliyyat bölməsinə Baş və Aparıcı mütəxəssis vəzifələri üzrə işə qəbul elan edir!

Vəzifə öhdəlikləri:

  • Ödəniş tapşırıqlarını bank sisteminə daxil edilməsi;
  • Müştəri hesabları və müştəriyə aid bankdaxili hesablar üzrə bütün növ nağd və nağdsız əməliyyatların aparılması;
  • XÖNKS, AZİPS, SWIFT üzrə əməliyyatların bank sisteminə daxil edilməsi;
  • Fiziki və hüquqi şəxslərin sifarişlərinə və qaydalara uyğun olaraq bütün növ hesabların açılması;
  • Müştərilərin müraciətinə əsasən hesab üzrə aparılan əməliyyatlar haqqında məlumatın verilməsi və ya hesablar üzrə çıxarışları hazırlanıb və müştərilərə təqdim edilməsi;
  • Öz vəzifəsinə aid olan hesabatlar hazırlanması;
  • Müştəri haqqında əldə edilən yeni məlumatları bank proqramına daxil edilməsi;
  • Kredit, KÖMİS və HÖP sistemləri üzrə ödənişlərinin qəbul edilməsi;
  • Vergi, məhkəmə, DSMF və digər icra orqanları tərəfindən qoyulmuş sərəncamların silinməsinin (sistemə daxil edilməsini) yoxlanması;
  • Sürətli Pul Köçürmələri sistemi üzrə xidmətin göstərilməsi.

 

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (maliyyə və iqtisadi təhsili olan namizədlərə üstünlük verilir);
  • Bankın əməliyyat sahəsində 18-36 ay iş təcrübəsinin olması;
  • MS Office proqramında peşəkar işləmə qabiliyyəti;
  • Azərbaycan və rus dillərində sərbəst danışma;
  • Yüksək kommunikasiya qurma bacarığı;
  • Kollektivdə işləmə bacarığı, gülərüz, müştərilərlə yüksək nəzakətlə davranma bacarığı;

Əgər Siz yuxarıda sadalanmış kriteriyalara uyğunsunuzsa CV-lərinizi [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur. Qeyd etmək istərdik ki, fotoşəkil əlavə edilmiş CV-lərə üstünlük veriləcək və yalnız ilkin incələmədən keçmiş namizədlər müsahibələrə dəvət alacaqlar.

Ən sərfəli krediti almaq üçün müraciət et