Ekvayrinq şəbəkəsinin dəstəyi və inkişafı şöbəsinin mütəxəssisi | Banco.az
Rabitəbank

Ekvayrinq şəbəkəsinin dəstəyi və inkişafı şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Ekvayrinq şəbəkəsinin dəstəyi və inkişafı şöbəsinin mütəxəssisi

Vəzifəyə olan tələblər::

• Ali təhsil;
• Bank sektorunda azı 1 il təcrübə (kart biznesi üzrə);
• Sənədlər ilə işləmək təcrübəsi;
• Hesabatların hazırlanması və aparılması;
• Müasir ticarət və satış prinsipləri üzrə biliklərin olması;
• İşgüzar əlaqələrin olması və satış qabiliyyəti;
• Təşkilati işə meyyillik və diqqətlilik;
• Müstəqillik və analitik düşüncə;
• Ünsiyyət qurmaq bacarıqları və məsuliyyət;
• Komandada işləmək qabiliyyəti;

Əsas vəzifələr:

• Ekvayrinq (kartların qəbulu) şəbəkəsinin genişləndirilməsi və inkişafı vasitəsilə bankın komissiya gəlirlərini artırmaq;
• Bankın filiallarına, ticarət müəssisələri və partnyorlarına məsləhət və texnoloji dəstək etmək;
• Maddi resursların qeydiyyat və hesabatını aparmaq;
• Ekvayrinq şəbəkəsi üzrə hesabatları aparmaq və təqdim etmək;
• Yeni ticarət müəsissələrinin (elektron mağazalar daxil olmaqla) və partnyorlarının banka xidmətə cəlb edilməsi üzrə işləri aparmaq;
• Ticarət müəssisələri işçilərinə kart və pos-terminal istifadəsi üzrə təlimləri keçirmək;
• Kart biznesi məhsullarının yaradılmasında və tətbiqində iştirak etmək;
• Pos-terminalların xidmətini və profilaktik işlərini təmin etmək;
• Kart biznesi üzrə partnyorlar bazasını aparmaq və dəstəkləmək;

Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasını dolduraraq müraciət etmələri xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et