Ekvayrinq şəbəkəsinin dəstəyi və inkişafı şöbəsinin mütəxəssisi | Banco.az
Rabitəbank

Ekvayrinq şəbəkəsinin dəstəyi və inkişafı şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Vəzifəyə olan tələblər::

  • Ali təhsil;
  • Bank sektorunda azı 1 il təcrübə (kart biznesi üzrə);
  • Sənədlər ilə işləmək təcrübəsi;
  • Hesabatların hazırlanması və aparılması;
  • Müasir ticarət və satış prinsipləri üzrə biliklərin olması;
  • İşgüzar əlaqələrin olması və satış qabiliyyəti;
  • Təşkilati işə meyyillik və diqqətlilik;
  • Müstəqillik və analitik düşüncə;
  • Ünsiyyət qurmaq bacarıqları və məsuliyyət;
  • Komandada işləmək qabiliyyəti;

Əsas vəzifələr:

  • Ekvayrinq (kartların qəbulu) şəbəkəsinin genişləndirilməsi və inkişafı vasitəsilə bankın komissiya gəlirlərini artırmaq;
  • Bankın filiallarına, ticarət müəssisələri və partnyorlarına məsləhət və texnoloji dəstək etmək;
  • Maddi resursların qeydiyyat və hesabatını aparmaq;
  • Ekvayrinq şəbəkəsi üzrə hesabatları aparmaq və təqdim etmək;
  • Yeni ticarət müəsissələrinin (elektron mağazalar daxil olmaqla) və partnyorlarının banka xidmətə cəlb edilməsi üzrə işləri aparmaq;
  • Ticarət müəssisələri işçilərinə kart və pos-terminal istifadəsi üzrə təlimləri keçirmək;
  • Kart biznesi məhsullarının yaradılmasında və tətbiqində iştirak etmək;
  • Pos-terminalların xidmətini və profilaktik işlərini təmin etmək;
  • Kart biznesi üzrə partnyorlar bazasını aparmaq və dəstəkləmək;

Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasını dolduraraq müraciət etmələri xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et