Dizayner | Banco.az

Dizayner

Vakansiya haqqında məlumat: 

            

Şirkət haqqında 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 
 
Vəzifənin adı: Dizayner

Təcrübə müddəti:  2 il iş təcrübəsi
Təhsil: Rəssamlıq, dizayn və sair əlaqəli ixtisaslar üzrə ali təhsil,
İxtisas Bilikləri və Bacarıqlar: Bədii-qrafika işlərinin metodlarını bilməli;
Yaradıcı düşüncəyə malik olmalı;
İdeyalarını təqdim etmək bacarığı;

Kompyuter Bilikləri: 2 D, Coral Draw, Photoshop, Adobe Illustrator proqramlarında yüksək səviyyədə işləmə bacarığı.

VƏZİFƏ FUNKSİYALARI:

 Ticarət markalarının və  məhsul etiketlərinin dizayn edilməsi;
 Məhsulların qablaşdırılmasının layihələndirilməsi;
 Loqotiplərin dizayn edilməsi;
 Mövcud məhsulların təkmilləşdirilməsi.

İş qrafiki:  5 gün/ 09:00-18:00
İş yeri: Bakı şəhəri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində yalnız "Dizayner" qeyd edilmiş namizədlərin müraciəti nəzərə alınacaq 

Şirkət: 
Veysəloğlu Şirkətlər Qrupu

Ən sərfəli krediti almaq üçün müraciət et