Dizayner | Banco.az

Dizayner

Vakansiya haqqında məlumat: 

DəmirBank ASC Marketinq departamentinə Dizayner vakansiyasına işəqəbul elan edir.

İşin təsviri:

  • Bankın brendinin irəliləməsinə yardım göstərilməsi;
  • İnternet reklam bannerlərinin (saytlarda, axtarış sistemlərində) hazırlanması;
  • Mobil marketinq üçün aplikasiya dizaynlarının hazırlanması;
  • Sosial şəbəkələr üçün reklamın hazırlanması;
  • Reklam və PR tətbiqi üçün dizaynların hazırlanması;
  • Elektron təqdimatların, animasiyaların hazırlanması;
  • Plastik kart dizaynlarının hazırlanması;
  • Əməkdaşlar üçün vizit kart və İD kartların hazırlanması;
  • Bankın imicinin, məhsullarının və xidmətlərinin irəliləməsi üçün zəruri olan informasiya materiallarının dizaynının işlənməsi.

Namizədə qarşı tələblər:

  • Komandada işləmək bacarığına malik olmalı;
  • Ali təhsil;
  • Yaradıcı düşüncə tərzi olmalı;
  • Sözügedən sahədə minimum 3 illik iş təcrübəsi;
  • Azərbaycan və Rus dillərində yüksək səviyyədə biliyin olması (İngilis dili üstünlük hesab edilir);
  • Stres altında işləmə qabiliyyəti olmalı;
  • Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti olmalı;
  • Yüksək etik-davranış qabiliyyəti olmalı;
  • Məsulliyyət, düzgünlük, təmkinlik, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Yüksək dizayn zövqünün olması;
  • Dizayn sahəsində hər hansı nəaliyyətlərinin olması;
  • Məsuliyyət və sürətli icra qabiliyyəti;
  • İş prosesinə sistemli yanaşma;
  • Office, Photoshop, Corel Draw, Flash proqramlarından peşəkarcasına istifadə etmək bacarığına sahib olması;
  • Ilkin proqramlaşdırma biliklərinə sahib olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 oktyabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Dizayner” yazmağınız xahiş olunur. Əks təqdirdə namizədlərin müraciətlərinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et