Departament Direktoru | Banco.az
AFB Bank

Departament Direktoru

Vakansiya haqqında məlumat: 

 

Vəzifə: Kreditlərin təhlili departamentinin direktoru


İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) 
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis) 



NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 
 

• Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznesin idarə edilməsi, riyaziyyat, statistika və digər dəqiq və texniki sahələr); 
• Biznes kreditlərinin təhlili, kreditlərin anderraytinqi sahəsində ən azı 3 illik rəhbərlik təcrübəsi;
• Mikro, SME və Korporativ müştərilərin kreditləşməsi sahəsində nəzəri və praktiki biliklər; 

• Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə mövcud normativlər və qaydalar barədə biliklər;

• Maliyyə hesabatlarının tərtib olunması və analizi üzrə biliklər;

• Müxtəlif biznes sahələrinin və bazar vəziyyətinin təhlili üzrə biliklər; 
• Analitik düşünmə bacarığı və detallara diqqətli ola bilmək qabiliyyəti;

• Azərbaycan və Rus dillərini səlis danışmaq bacarığı, İngilis dili bilənlərə üstünlük verilir; 

İŞİN TƏSVİRİ: 


• Struktur vahidin işini qurmaq, idarə etmək və əməkdaşların işinə nəzarət etmək; 
• Kredit müraciətlərinin vaxtında təhlil və icra olunmasını təmin etmək; 
• Filial tərəfindən aparılmış kredit analizi və maliyyə təhlilinin keyfiyyətini yoxlamaq və təkrar analiz edərək rəy bildirmək; 

• İri kreditlərin qiymətləndirilməsi və monitorinqlərdə iştirak etmək; 

• Kredit məhsullarının yaradılmasında iştirak etmək;

• Kredit reytinq və skorinq sistemlərinin qurulmasında iştirak etmək; 
• Daşınar və daşınmaz əmlak bazarını daima araşdırmaq. 

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kreditlərin təhlili departamentinin direktoru” qeyd edərək [email protected] elektron ünvanına göndərilməsini xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et