Daxili Audit Departamentinə - Auditor | Banco.az

Daxili Audit Departamentinə - Auditor

Vakansiya haqqında məlumat: 

DəmirBank ASC Daxili Audit Departamentinə “Auditor” vakansiyası üçün namizədləri seçim prosesinə dəvət edir.

26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Bankın mövcud biznes proseslərinin araşdırılması və filialların auditinin aparılması;
• Aparılmış yoxlamaların qiymətləndirilməsi və hesabatın verilməsi;
• Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;
• Risklərin qiymətləndirilməsi medotologiyası və risklərin idarə edilməsində prosedurların tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
• Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
• Qayda və prosedurların həyata keçirilməsini, qanunvericiliyə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi;
• Bankın icra orqanlarının bankdaxili qaydalara və risklərə nəzarət sistemlərinə (ölçüləbilən və ölçüləbilməyən) əməl etməsinin yoxlanılması və qiymətləndirilməsi;
• Maliyyə və idarəedici məlumatların, o cümlədən xarici istifadəçilərə verilən hesabatların etibarlılığı, tamlığı, düzgünlüyü və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması və qiymətləndirilməsi;
• Elektron informasiya sistemlərinin fasiləsizliyi və etibarlılığının yoxlanılması və qiymətləndirilməsi;
• Bankda korporativ idarəetmə prosesini qiymətləndirilməsi və təkmilləşdirilməsinə dair tövsiyələrin verilməsi;
• Auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi.
               
Namizədə qarşı tələblər:

• Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit);
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olmalı;
• Analitik təhlil qabiliyyətinə sahib omalı;
• Microsoft Office proqramlarında işləmə bacarığı (xüsusilə Excel) olmalı;
• Azərbaycan dilini mükəmməl səviyyədə, Rus və İngilis dillərində yaxşı səviyyədə bilməli;
• Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi üzrə təcrübə olmalı;
• Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında bilikləri olmalı;
• Bank və risklərin idarəolunmasına dair biliklərə malik olmalı;
• Bank əməliyyatlarının bütün aspektləri ilə tanışlığı olmalı;
• Məsuliyyətli olmalı və faktların müəyyən edilməsi bacarığına sahib olmalı;
• Hesabatın hazırlanması və yazılması bacarığı olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər 31 avqust 2016-cı il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Daxili Audit Departamentinə - Auditor” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et