Daxili Audit | Banco.az

Daxili Audit

Vakansiya haqqında məlumat: 

“Brand Credit BOKT" MMC Daxili Audit vəzifəsinə işə qəbul elan edir.

Tələblər:

  • Ali təhsil (audit, mühasibat uçotu, maliyyə-kredit, hüquq);
  • Mərkəzi Bankın normativ hüquqlu aktlarını bilən;
  • Bank və ya kredit sahəsində minumum 1 illik təcrübə;
  • Microsoft office (word, excel, power point və s.);
  • Azərbaycan, Rus dillərini bilməsi (əlavə olaraq İngilis dilini bilənlərə üstünlük verilir);
  • Yüksək analitik düşüncə və problemləri həlletmək bacarığı;
  • Liderlik, təşəbbüskarlıq,dürüstlük,dayanıqlılıq, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahiblik;
  • Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarəetmək qabiliyyəti;
  • Yaş həddi 40-a kimi;

Öhdəliklər:

  • Daxili audit prinsiplərinə riayət etmək;
  • Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və Mərkəzi Bankın normativ xarakterli aktlarına və göstərişlərinə riayət olunması;
  • Beynalxalq audit standartları haqqında və bank fəaliyyəti haqqında biliklərin inkişafı;
  • Əldə olunan məlumatların qorunub saxlanılmasında konfidensiallağa riayət olunması;
  • Məsuliyyətlilik Hesabatların hazırlanması və yazılması bacarığı Bakı şəhəri və regionlarda kompleks auditin aparılması;
  • Audit nəticələri, verilmiş tövsiyələr və onların icrasına dair hesabatlar;
  • İllik Audit Planının tərtibi, audit obyektlərinin və auditin həcminin müəyyən edilməsi, keçiriləcək audit yoxlamalarının təşkilini həyata keçirilməsi
  • Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı audit yoxlamalarının həyata keçirilməsinin təmin edilməsi;
  • Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsini işini həyata keçirilməsi
  • BOKT-da maliyyə hesabatlarının dəqiqliyinin və etibarlığının qiymətləndirilməsi, BOKT-un işinin yaxşılaşdırılması istiqamətində təsirli və səmərəli tövsiyələrin verilməsi, BOKT-da daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinin səmərəliliyinə fasiləsiz nəzarətin həyata keçirilməsinin təmin edilməsi;

Əlaqə

  • Yuxarıdakı tələblərə uyğun namizədlər  öz şəkilli CV-lərini  [email protected] ünvanına göndərə bilərlər.

 

 

Şirkət: 
“Brand Credit BOKT" MMC

Ən sərfəli krediti almaq üçün müraciət et