Cənub Regionu üzrə Borc Qaytarma üzrə Mütəxəssis  | Banco.az
Azkredit

Cənub Regionu üzrə Borc Qaytarma üzrə Mütəxəssis 

Vakansiya haqqında məlumat: 

VF AzərKredit hazırda Cənub regionu (İmişli, Beylaqan, Horadiz, Bala-Bəhmənli, Saatlı, Sabirabad filialları daxildir) üzrə əmək muqaviləsi əsasında Borc Qaytarma üzrə Mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Namizədə tələblər:

28 yaşından yuxarı;    

Təhsil: Ali və ya orta ixtisas (ali iqtisadi təhsili olanlara üstünlük verilir);    

Müvafiq (və ya kreditləşmə) sahədə ən azı 2 (iki) il iş təcrübəsi;    

Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti;    

Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;    

Kompüterdə MS Word proqramlarında işləmək;    

Sürücülük bacarığı;    

Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

Əsas vəzifə və öhdəlikləri:

Region üzrə qaytarılmayan, silinmiş, yığım prosesində olan kreditlərlə iş, ödənişin təmin olunması üçün tədbirlər həyata keçirmək;    

Öz bacarıqları daxilində birbaşa Təşkilat tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin VF AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;    

Bütün fəaliyyətini VF AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;    

Kredit ödənişlərinə yaxından nəzarət edir və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görür;

 

Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki,VF AzərKredit-in iş üçün anket formalarını (CV), dolduraraq 30 noyabr 2014-cü il tarixinədək təqdim etsinlər.         

 

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya VF AzərKredit təşkilatının İmişli (və ya yuxarıda qeyd olunan rayon filiallarının ofislərindən) ofisindən əldə edə bilərsiniz.         

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Cənub Region üzrə Borc Qaytarma üzrə Mütəxəssis). Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.         

 

E-ünvan: [email protected]            
Faks: (012) 597 30 39

 

Ən sərfəli krediti almaq üçün müraciət et