Büdcə və xərclərə nəzarətçi | Banco.az
FINCA Azerbaijan

Büdcə və xərclərə nəzarətçi

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Maliyyə Departamenti üçün BÜDCƏ VƏ XƏRCLƏRƏ NƏZARƏTÇİ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA Azerbaijan” Azərbaycan üzrə 155,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

Büdcə və Xərclərə Nəzarətçi layihə xərclərini qiymətləndirmək üçün maliyyə, büdcə və mühasibat üzrə biliklərindən istifadə edir və xərclərin büdcə limiti çərçivəsində qalmasını təmin edir. Büdcə/Xərclərə Nəzarətçi  həmçinin biznes fəaliyyətlərini qeydə alır və təşkilatın ümumi performansı və filialın gəlirliliyi barədə baş rəhbərliyə məlumatla təmin edən maliyyə hesabatlarını vaxtaşırı hazırlayır.

Əsas vəzifə və öhdəlikləri:

·         Xüsusilə filiallar və baş ofis üçün departamentlər tərəfindən büdcənin detallı şəkildə tərtib edilməsini koordinasiya etməklə Böyük Maliyyə İcraçısı və Baş Maliyyə Menecerinə təşkilatın illik planlaşdırılmasında/büdcəsinin tərtib edilməsində fəal şəkildə dəstək göstərilməsi;

·         Maliyyə sistemlərinin/modellərinin və nəzarət mexanizmlərinin hazırlanması və idarə edilməsi;

·         Filialın/departamentin maliyyə performansına dair aylıq hesabatların hazırlanması (faktiki xərclər – büdcə xərcləri) və onların İdarə Heyətinə, Regional Əməliyyat Menecerlərinə və Filial Menecerlərinə təqdim edilməsi. Onlardan əks əlaqənin alınması və lazımi düzəlişlərin edilməsinə dair Mühasibat Menecerinə tövsiyyələrin edilməsi;

·         İllik büdcə və İdarə Heyətinin xüsusi tələbnaməsi əsasında təşkilatın investisiya layihələrinə və satınalmalarına dair ətraflı qiymət təhlilinin yerinə yetirilməsi (hər hansı əlaqədar layihələr– yəni Fəaliyyət Əsaslı Xərclərin Hesablanması daxil olmaqla).

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

·         Ali təhsil (iqtisadiyyat, Maliyyə Biznes, Mühasibat sahəsində olması arzu olunandır),

·         Maliyyə sahəsində ən azı 3 il iş təcrübəsi,

·         Maliyyə, Mühasibat, Büdcə, Qiymət sahəsində geniş biliklər,

·         Hesabatların hazırlanmasında təcrübə və bacarıq,

·         Güclü təhliletmə qabiliyyəti ilə detallara fikir vermək bacarığı,

·         Kreditor və debitor öhdəlikləri haqqında biliklər,

·         Əla təşkilati, yazılı və şifahi ünsiyyət bacarıqları, həmçinin vaxtın idarə edilməsi bacarığı,

·         MS Office proqramları istifadəçisi və bu proqramlar üzrə əla biliklər

·         Azərbaycan dilini səlis bilmək, İngilis və/və ya Rus dillərini bilmək üstünlük hesab edilir,

·         Gərgin iş şəraitində müxtəlif işlərin öhdəsindən gəlmək bacarığı.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№286/15) qeyd etməklə 12 İyul 2015-ci il tarixinədək göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

Tel: (012) 596 33 85\86\87;

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et