Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi | Banco.az
Bank BTB

Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

İş barədə məlumat

  1. Bankın maliyyə hədəflərinin, balans, mənfəət və zərərlər, nağd pulun hərəkəti proqnozlarını hazırlayıb şöbə rəhbərinə təqdim edir;
  2. Qəbul olunmuş maliyyə siyasətinə uyğun olaraq Bankın məhsul və xidmətlərinin maya dəyərinin hesablanması üzrə metodologiyanın, ona dəyişikliklər və əlavələrin hazırlanmasında iştirak edir;
  3. Məhsul və xidmətlər üzrə qiymətlərin müəyyən olunması, habelə qiymət siyasəti barədə təkliflər hazırlayıb şöbə rəhbərinə təqdim edir;
  4. Daxili qiymətlər sistemi, gəlir və xərc mərkəzlərinin yaradılması üzrə təkliflər hazırlayıb şöbə rəhbərinə təqdim edir;
  5. Büdcənin tərtibi və onun icrası;
  6. Bankın rəhbərliyi tərəfindən proqnozlaşdırılan gəlirliliyin sistematik və mütəmadi təhlilini aparır;
  7. Bankın bütün struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın maliyyə təhlilini aparır və bu barədə mütəmadi olaraq şöbə rəhbərini məlumatlandırır;
  8. Şöbə rəhbərinin ona həvalə etdiyi digər işləri görür.

Namizədə tələblər

  • İqtisadi sahədə ali təhsil;
  • Büdcə və planlaşdırma sahəsində ən azı 2 il təcrübə;
  • Strateji planlaşdırma və xərclərin allokasiyası üzrə biznes və menecment prinsiplərinin yüksək səviyyədədə təhlil bacarıqları;
  • Fərdi maliyyə modelləri və onun idarəedilməsi üzrə alətlərin tədbiqi bacarıqları
  • MS Excel programı üzrə mükəmməl biliklər;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • İFRS üzrə  əsas biliklər (ACCA imtahanlarından keçən namizədlərə üstünlük veriləcək);
  • İngilis dili arzu olunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 31.08.2019-cu iltarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Büdcə və maliyyə nəzarəti şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et